Dünya

“Boeing 737 Max” yenidən uçuşlara başladı

Sharing is caring!

İstifadəsinin dayandırmasından bir il yarım sonra “Boeing 737 MAX” təyyarələrinin ticarət uçuşları bərpa edilib.

“Associated Press” bu barədə məlumat yayıb.

Braziliyanın ən böyük hava yolu şirkətinə məxsus “Boeing 737 MAX”ın San-Paulodan qalxaraq Portu-Aleqreyə endiyi qeyd olunur.

Bildirilir ki, şirkət lazımi təhlükəsizlik yoxlamalarını həyata keçirib.

Qeyd edək ki, “Boeing 737 MAX” təyyarəsinin istismarı bir neçə ölkədə baş verən qəzalardan sonra dayandırılmışdı.

Birinci hadisə 2019-cu il martın 10-da baş verdi. Onda Efiopiya Hava Yollarına məxsus “Boeing 737 MAX 8” qəzaya uğradı. Nəticədə 157 nəfər öldü.

İkinci fəlakət 29 oktyabr, 2018-ci ildə İndoneziyada baş verdi. Həmin hadisə nəticəsində 189 nəfər öldü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir