Dünya

Serxio Ramosun gizli görüşdüyü komanda bəlli olub

Sharing is caring!




İspaniyalı ulduz futbolçu Serxio Ramosun gizli görüşdüyü komanda bəlli olub.

Məlumata görə, hazırda “Sevilya” klubunda çıxış edən ispaniyalı müdafiəçi MLS-dən (“Major League Soccer” – ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) “San Dieqo” klubu ilə danışıqlara başlayıb.

İspaniyanın “Sevilya” klubu mövsümün sonunda Serxio Ramosla yolları ayırmaq istədiyi üçün futbolçu özünə yeni komanda axtarmağa başlayıb.

Qeyd edək ki, Serxio Ramos “Sevilya” klubunun yetirməsi olub, 2005-ci ildə “Real Madrid” klubuna transfer olunub. Ulduz futbolçu daha sonra 2021-ci ildə Fransanın PSJ” klubuna keçib. 2023-cü ildə PSJ ilə müqaviləsi başa çatan Serxio Ramos sabiq komandası “Sevilya”ya geri dönüb.

Mənbə: Marca.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir