Dünya

Keşiş Baqrat – erməni müxalifətinin fiaskosunun simvolu – VİDEO

Sharing is caring!




Ermənistan müxalifətinin paytaxt İrəvanda təşkil etdiyi “kütləvi” etiraz aksiyalarının fonunda, bütün bu təlxəkliyin haradan başladığını qısaca xatırlayaq.

Bu barədə Caliber.Az-ın “YouTube” kanalında yayımlanan növbəti videotəhlildə qeyd olunur.

Müəllif xatırladır ki, hələ iki ay bundan əvvəl, daha dəqiq qeyd etsək, martın 9-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin erməni həmkarı ilə sayca yeddinci görüşünün yekunlarına dair bəyanat yayılmışdı.

Həmin bəyanatda Bakı İrəvandan Qazax rayonunun dörd kəndini dərhal azad etməyi qəti şəkildə tələb etdi.

“Ermənistan tərəfindən işğal olunmuş dörd qeyri-anklav Azərbaycan kəndlərinə gəlincə, onların Azərbaycana mənsubluğu danılmazdır və dərhal azad edilməlidir. Bəyanatda, həmçinin, qeyd olunurdu ki, delimitasiya prosesi çərçivəsində Ermənistan tərəfindən işğal olunmuş dörd eksklav kəndin azad edilməsi məsələsi də həll olunacaq. Məhz bu hadisələrdən sonra yerli sakinlərin oğurluq mal kimi istifadə etdiklərindən əl çəkməmək arzusu kortəbii kənd etirazları ilə müşayiət olundu”, – deyə müəllif xatırladır.

Daha ətraflı “Caliber”in yeni videosüjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir