Dünya

Dağıstanda Administrasiya rəhbərinin itkin düşən qardaşının meyiti tapıldı

Sharing is caring!

Dağıstan Respublikası başçısının Administrasiya rəhbəri Aleksey Həsənovun itkin düşən qardaşı Vitali Həsənovun meyiti tapılıb.

Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

O, dörd gün axtarışda olub. Bu gün səhər V.Həsənovun meyiti onun sonuncu dəfə görüldüyü Krivaya Balka qəsəbəsi yaxınlığında çayın sahilində, qamışlıqda tapılıb.

V.Həsənovun sinəsinə bıçaq saplanmış halda olub. Onun özünə qəsd etdiyi istisna edilmir.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir