Dünya

Namibiya sahillərində böyük neft yatağı aşkarlandı

Sharing is caring!




Namibiya dənizində ehtiyatları təxminən 10 milyard barel olan yüksəkkeyfiyyətli neft yatağı aşkarlanıb.

Bu barədə yerli “Custos Energy” və “National Petroleum Corporation of Namibia” firmaları ilə birlikdə Cənubi Afrika ilə həmsərhəd Narıncı çay ərazisində karbohidrogen ehtiyatlarının kəşfiyyatı ilə məşğul olan “Galp Energia” şirkətinin məlumatlarına istinadən xəbər yayılıb.

Bildirilib ki, sınaq quyularından alınan neft nümunələri yüksək keyfiyyət və aşağı kükürdlülüklə xarakterizə olunur.

“TotalEnergies” və “Shell” də eyni ərazidə kəşfiyyat işləri aparır. Hazırda Namibiyanın üzvlük üçün müraciəti OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) tərəfindən nəzərdən keçirilir. Ekspertlərin fikrincə, yaxın gələcəkdə ölkə neft hasilatına görə Afrikada dördüncü ola bilər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir