Dünya

Viktor Orban: “Aİ-nin rəhbərliyi dəyişməlidir”

Sharing is caring!




“Avropa İttifaqının (Aİ) hazırkı rəhbərliyi istefa verməlidir”.

Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Yaşıl keçid”, davamlı inkişaf siyasəti, miqrasiya, hərbi və sanksiya siyasətləri kimi özü tərəfindən seçilmiş bir neçə böyük layihəsi olan Aİ-nin rəhbərliyi uğursuzluğa düçar oldu. Aİ-nin hazırkı rəhbərliyi getməlidir, bizə yeni liderlər lazımdır”, – deyə Orban mətbuat konfransı zamanı söyləyib.

Siyasətçi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Macarıstanın miqrasiya və gender siyasətinə görə Aİ-dən pul almayacağı barədə bəyanatını xatırladıb. Onun sözlərinə görə, Aİ-nin yaratdığı qanunun aliliyi və konvensiyalar sistemi siyasi şantaj alətinə çevrilib.

Xatırladaq ki, aprelin 10-da Macarıstan hökuməti Aİ-nin miqrasiya siyasətinə qarşı çıxıb və yeni miqrasiya paktını dəstəkləməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir