Dünya

Ermənistanda Rusiyaya uçuşlar təşkil edən şirkətin lisenziyası ləğv edilə bilər

Sharing is caring!

“Fly Arna” aviaşirkəti təyyarə çatışmazlığı səbəbindən altı ay müddətinə lisenziyasını itirib.

Bu barədə Ermənistan parlamentində ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan bildirib.

“Hazırda “Fly Arna”nın lisenziyası dayandırılıb. Qanun və qaydalarımıza görə, əgər şirkətin təyyarəsi yoxdursa, lisenziyası altı ay müddətinə dayandırılır. Bu müddət ərzində təyyarələr təmin olunmazsa, lisenziyası ləğv ediləcək”, – Simonyan bildirib.

O əlavə edib ki, aviaşirkətin maliyyə problemləri var.

Qeyd edək ki, “Fly Arna” yanvar ayında əməliyyat dəyişiklikləri ilə əlaqədar uçuşları dayandırıb. Aviaşirkət 2021-ci ilin sentyabrında Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistan İctimai Maraq Fondu tərəfindən təsis edilib. O, Rusiyaya uçuşlar həyata keçirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir