Dünya

Şimali Koreyada hava-desant təlimlərinə Kim Çen In qızı ilə birlikdə rəhbərlik etdi – FOTO

Sharing is caring!

Şimali Koreya lideri Kim Çen In qızı Kim Çju ilə birlikdə Koreya Xalq Ordusunun hava-desant qoşunlarının təlimlərinə rəhbərlik edib.

Bu barədə KXDR-in Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verir.

Agentlikdən bildirilib ki, təlim hava-desant qoşunlarının gözlənilməz müharibə şəraitində istənilən əməliyyat konsepsiyası üzrə səfərbərliyə hazırlığının yoxlanılması, onların müxtəlif döyüş əməliyyatlarının aparılmasının müvafiq üsullarına tətbiq olunan praktiki bacarıqlarının qiymətləndirilməsi məqsədi daşıyır.

Qeyd olunur ki, Şimali Koreya lideri təlimlərdən məmnun qalıb və döyüşçüləri tərifləyib. Bildirib ki, hərbçilər yalnız ideoloji, siyasi deyil, həm də hərbi-texniki və fiziki cəhətdən hazırdırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir