Dünya

Avrokuboklar: “Milan” və “Fənərbağça” 1/4-də, Emrelinin komandası mübarizəni dayandırdı – VİDEO

Sharing is caring!

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

İlk qarşılaşmada “Slaviya”nı evdə 4:2 hesabı ilə məğlub edən “Milan” səfərdə də qələbə qazanaraq 1/4 finala adlayıb – 1:3.

Səfərdə “Frayburq”a minimal hesabla (1:0) uduzan “Vest Hem” doğma meydanda beş cavabsız qol vuraraq cütün taleyini həll edib – 5:0

Həmçinin, “Reyncers” ev matçında “Benfika”ya (ilk oyun 2:2) uduzaraq turnirdən kənarda qalıb – 0:1. “Vilyareal” öz stadionunda “Marsel”i (ilk oyun 0:4) məğlub etsə də, bu, 1/4 final vəsiqəsi üçün kifayət etməyib – 3:1.

UEFA Konfrans Liqasında 1/8 finalın cavab oyunları “Fənərbağça”nın mərhələ adlaması ilə əlamətdar olub. Türkiyə klubu İsveçrə “Yunion”u ilə matça səfərdəki 0:3 hesablı üstünlüklə çıxıb. İstanbuldakı qarşılaşmada məğlubiyyətə baxmayaraq, yekunda sevinən tərəf  “sarı-lacivərd”lər olublar – 0:1.

Millimizin futbolçusu Mahir Emrelinin üzvü olduğu Zaqreb “Dinamo”su ilk ev matçında Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub etsə də, səfərdə 5:1 hesabı ilə uduzaraq turnirdə mübarizəsini dayandırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir