Dünya

“Crew Dragon” gəmisi kosmosdan qayıtdı: Ekipajın Yerə endiyi görüntülər – FOTO + ANBAAN VİDEO

Sharing is caring!


Amerikanın “SpaceX” şirkətinin “Crew Dragon” adlı pilotlu kosmik gəmisi Yerə qayıdıb.

Tərkibində rusiyalı kosmonavt Konstantin Borisovun da olduğu “Crew-7” missiyasının heyəti altı ay Beynəlxalq Kosmik Stansiyada (BKS) qaldıqdan sonra Yerə eniş edib.

Bununla bağlı videogörüntülər ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında paylaşılıb.

Gəmi yerli vaxtla saat 05:50-də Florida sahillərində Atlantik okeanına enib. Bir neçə dəqiqə əvvəl isə “Crew Dragon” atmosferin sıx təbəqələrinə daxil olub, bundan sonra təxminən 5,5 km yüksəklikdə gəminin əsas paraşütləri açılıb. Kosmik gəmi və ekipajının BKS-dən çıxdıqdan sonra Yerə qayıtması üçün bir gündən az vaxt lazım olub.

Avqustun sonundan orbital stansiyada olan “Crew-7” missiyasının heyətinə Borisovdan əlavə NASA astronavtı Jasmin Moqbeli, Avropa Kosmik Agentliyinin astronavtı Andreas Moqensen və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin astronavtı Satosi Furukava daxil olublar. Onlar orbital stansiyada 197 gün qalıblar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir