Dünya

Rusiyada təxribat törədənlər üçün həbs yaşı endirildi

Sharing is caring!


Rusiya Federasiyası hökuməti Dövlət Dumasının Vahid Rusiyadan olan deputatı Oleq Qarinin 14 yaşından təxribata görə cinayət məsuliyyətinin tətbiqini təklif edən qanun layihəsini dəstəkləyib.

Bildirilib ki, qanun layihəsi Rusiyanın iqtisadi təhlükəsizliyinə və müdafiə qabiliyyətinə təhdid kimi təxribat fəaliyyətinə qarşı mübarizənin cinayət-hüquqi mexanizmini təkmilləşdirməyə yönəlib.

Hazırda ölkənin Cinayət Məcəlləsinin 20-ci maddəsi cinayət törətdiyi zaman yalnız 16 yaşına çatmış şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur. Sənəd, həmçinin şəxsin 14 yaşından etibarən cinayət məsuliyyətinə cəlb oluna biləcəyi əməllərin siyahısını müəyyən edir. Bunlara qətl, qəsb, girov götürmə və vandalizm daxildir.

Qanun layihəsi bu maddənin ikinci hissəsinə təxribatla bağlı bəndin də əlavə edilməsini təklif edir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir