Dünya

Ermənistandakı Aİ missiyasının üzvləri avtomobil qəzasına düşüblər

Sharing is caring!


Ermənistandakı Avropa İttifaqı (Aİ) müşahidə missiyasının üzvləri Zəngəzurun Sünik vilayətində avtomobil qəzasına düşüblər.

Məlumata görə, hadisə martın 11-də səhər saatlarında Tatev-Lsen avtomobil yolunun 13-cü kilometrliyində olub.

Avropa İttifaqı missiyasının üzvlərinin olduğu “Nissan Pathfinder” markalı maşın yol kənarındakı qayalara çırpılaraq aşıb.

Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan və ölən yoxdur.

Bildirilib ki, avtomobili idarə edən Avstriya, sərnişin qismində maşında olan digər müşahidəçilər isə Polşa vətəndaşlarıdır.

Mənbə: news.am

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir