Dünya

Meksikada vulkan aktivləşib

Sharing is caring!


Meksikanın paytaxtı Mexikodan 70 km aralıda yerləşən Popokatepetl vulkanı aktivləşərək atmosferə buxar buraxmağa və kül püskürməyə başlayıb.

Bu barədə Meksikanın Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Mərkəzi məlumat yayıb.

“Son 24 saat ərzində 9 dəfə püskürmə baş verib, həmçinin 1394 dəqiqə yüksəktezlikli və aşağı amplituda vulkanik titrəmə qeydə alınıb”, – idarədən bildirilib.

Verilən məlumata görə, vulkanik fəaliyyət su buxarı, kül və müxtəlif qazların havaya buraxılması ilə müşayiət olunub.

“Popokatepetl vulkanının vulkan təhlükəsi barədə xəbərdarlıq işıqforu ikinci mərhələdədir (üç mümkün mərhələdən – red.)”, – milli mərkəz bildirib.

Vulkanoloqların verdikləri məlumata görə, hazırda təhlükəsiz məsafə vulkanın kraterindən 12 km-dir.

Qeyd edək ki, Popocatepetl Latın Amerikası ölkəsindəki ən böyük və ən aktiv vulkanlardan biridir. Onun hündürlüyü 5,42 km-ə çatır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir