Dünya

Asif Əli Zərdari Pakistanın prezidenti seçilib

Sharing is caring!


Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdari Pakistanın prezidenti seçilib.

Bu barədə ölkənin Seçki Komissiyası məlumat yayıb.

Verilən məlumata görə, Zərdari prezident seçkisində seçicilər kollegiyasının 411 səsini alıb. Onun rəqibi Mahmud Xan Açakzay isə 181 səs toplayıb.

Prezident seçkisi martın 9-da keçirilib. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkisindən bir ay sonra və ya hazırkı dövlət başçısının prezidentlik müddətinin bitməsinə bir ay qalmış keçirilir.

Xatırladaq ki, fevralın 8-də Pakistanda Milli Assambleyaya (parlamentin aşağı palatası) seçki keçirilib, nəticədə Pakistan Müsəlman Liqası – N (PML-N) 75, PXP – 54 parlament mandatı alıb. Partiyalar koalisiya hökumətinin qurulmasına dair razılığa gəliblər.

Martın 3-də isə PML-N sədri Şahbaz Şərif İslam Respublikasının yeni Baş naziri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir