Dünya

Azərbaycan və Türkiyə arasında konsulluq məsləhətləşmələri keçirilib – FOTO

Sharing is caring!


Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim və Azərbaycanın konsulluq məsələləri üzrə xarici işlər nazirinin müavini Fariz Rzayevin sədrliyi ilə Türkiyə-Azərbaycan konsulluq və miqrasiya məsləhətləşmələri keçirilib.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, məsləhətləşmələr zamanı iki ölkənin konsulluq münasibətlərinin gündəliyində duran bütün məsələlər, xüsusən də vətəndaşlarla sıx bağlı olan yaşayış, vətəndaşlıq, məhkəmə və nəqliyyat məsələləri ətraflı müzakirə olunub.

Bundan əlavə, miqrasiya məsələlərində ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir