Dünya

“WhatsApp”da fotodan stikeri necə yarada bilərik? – YENİ FUNKSİYA

Sharing is caring!


“WhatsApp”da fotodan stiker yaratmaq funksiyası yaradılıb.

Qeyd olunub ki, “WhatsApp”ın “Android” əməliyyat sistemi üçün nəzərdə tutulmuş beta versiyasında 2.24.6.5 nömrəsi altında stiker redaktoru yaradılıb ki, bu da istənilən şəkli açarkən onu stikerə çevirməyə imkan verir.

Bunu etmək üçün sadəcə bir fotoşəkil açın, üç şaquli nöqtə kimi görünən “seçimlər” düyməsini basın və sonra açılan menyudan “stiker yarat” bölməsini seçin. İstifadəçiyə dərhal stikeri yaddaşda saxlamaq və ya redaktə etmək təklif olunacaq, bundan sonra onu istənilən söhbətə göndərmək mümkündür.

Qeyd edək ki, bu yanaşma stikerlərin yaradılmasını xeyli asanlaşdıracaq və sürətləndirəcək.

Mənbə: WABetaInfo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir