Dünya

“Arsenal” İngiltərə futbol tarixində unikal nailiyyətə imza atıb

Sharing is caring!


Londonun “Arsenal” klubu İngiltərə çempionatının 27-ci turu çərçivəsində səfərdə “Şeffild Yunayted”i darmadağın edib.

Oxu.az xəbər verir ki, “Bremmel Leyn” stadionunda keçirilən görüş 6:0 hesabı ilə başa çatıb.

Beləliklə, “Arsenal” İngiltərə futbol tarixində ardıcıl üç səfər matçında 5 və daha çox top fərqi ilə qalib gələn ilk komanda olmaqla rekorda imza atıb. Bundan əvvəl Mikel Artetanın komandası səfərdə “Vest Hem Yunayted” (6:0) və “Börnli”ni (5:0) məğlub edib.

Həmçinin “Arsenal” son dörd qarşılaşmada 21:1 ümumi fərqlə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir