Dünya

İranda silahlı şəxs seçki məntəqəsinə hücum edib – FOTO

Sharing is caring!


İranın Tehran şəhərinin Darabad bölgəsində bıçaqlı şəxs seçki məntəqəsində insanlara hücum edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.

Hadisə ilə bağlı Tehran merinin təhlükəsizlik məsələləri üzrə müavini Mohsen Naibi açıqlama verib.

“Bu gün Darabad bölgəsindəki seçki məntəqələrindən birində bir nəfər soyuq silahla 3 (yarımhərbi radikal) “Bəsic” üzvünə hücum edib. Hücum nəticəsində bir nəfər boyun nahiyəsindən ağır yaralanıb, digəri qarın nahiyyəsindən zərbə aldığı üçün əməliyyata aparılıb. 3-cü “Bəsic” üzvünün isə gözünü itirmə ehtimalı var”, – deyə Mohsen Naibi qeyd edib.  

Qeyd edək ki, bu gün İranda seçki günüdür.

Səsvermə hüququ olan 61 milyondan çox İran vətəndaşı həm 290 yerlik İslam Şurası Məclisinin, yəni parlamentin deputatlarını, həm də 88 yerlik Ekspertlər Şurasının üzvlərini seçməlidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir