Dünya

“Haber Global”da Fransanın müstəmləkə siyasətinin qurbanı olan Korsika adasından süjet yayımlanıb – VİDEO

Sharing is caring!


Türkiyənin “Haber Global” televiziya kanalında Fransa polisi tərəfindən Korsikada saxlanılan “Nazione” azadlıq hərəkatının üzvləri barədə süjet yayımlanıb.

Süjetdə qeyd olunur ki, korsikalı fəalların saxlanılması adada Emmanuel Makron hakimiyyətinə qarşı etirazlara səbəb olub.

Korsika adasından yayıma qoşulan kanalın müxbiri hazırda adada yaşanan son hadisələr barədə məlumat verib. O qeyd edib ki, təxminən 350 minə yaxın əhalisi olan Korsika adası daim Fransanın müstəmləkə siyasətinin qurbanı olub.

Qeyd edək ki, Korsika adası Fransanın Aralıq dənizində yerləşən xüsusi statuslu ərazisi, Qvadelupa isə Karib dənizinin şərq hissəsində yerləşən dənizaşırı ərazisi hesab olunur. Hər iki ərazi Fransanın müstəmləkəçiliyinə qarşı mübarizə aparır.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir