Dünya

Azərbaycanda südlük istiqamətli heyvandarlığın inkişafı layihəsinə güzəştli kredit ayrılıb – FOTO

Sharing is caring!


“Sahibkarlığın İnkişafı Fondu sahibkara 200 min manat güzəştli kredit verib”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib:

“Sahibkar Bəhruz Mustafa Göygöldə icra olunacaq südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan (sahibkarliq) 200 min manat güzəştli kredit əldə edib. 

Biznes təmsilçilərinin bu sahəyə marağı regionlarda məşğulluğun təminatı və ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi baxımından da əhəmiyyətlidir”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir