Dünya

“Bayer 04” – “Qarabağ” oyununun biletlərinin satışa çıxarılacağı vaxt bəlli olub – FOTO

Sharing is caring!


Almaniyada yerli “Bayer 04” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub.

Oxu.Az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər fevralın 27-də, yerli vaxtla saat 12:00-da onlayn qaydada və “Bay Arena”dakı fan-şopda satışa çıxarılacaq.

İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcəklər. Qiymətlər 8-50 avro aralığındadır.

Qeyd edək ki, martın 14-də reallaşacaq “Bayer 04” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir