Dünya

İngiltərə yığmasının futbolçusu qadın azarkeşdən qorunmaq üçün mühafizəçi tutub

Sharing is caring!


İngiltərə yığmasının futbolçusu Trent Aleksandr-Arnold onunla yaxınlıq etmək istəyən xanım azarkeşdən qorunmaq üçün özünə mühafizəçi tutub.

Məlumata görə, idmançı son bir ildə naməlum qadın tərəfindən izləmədədir. O, Trentin evinə, “qırmızılar”ın bazasına, həmçinin oyunçunun ziyarət etdiyi yerlərə gedib, onu narahat edir. Həmin xanım azarkeşin niyyəti Alexander-Arnold ilə yaxınlıq etmək olub.

Futbolçu fanatdan təkbaşına xilas olmağa çalışıb, evinə videomüşahidə sistemi quraşdırıb, telefon nömrəsini və elektron poçtunu dəyişib, lakin qadın onu təqib etməkdə davam edib.

Qeyd edək ki, Alexander-Arnold bu mövsüm İngiltərə Premyer Liqasında 21 oyun keçirib. O, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir