Dünya

Rusiya Avropa İttifaqının 13-cü sanksiyalar paketinə cavab verib

Sharing is caring!


Rusiya Avropa İttifaqının 13-cü sanksiyalar paketinə cavab olaraq Rusiyaya girişi qadağan edilən Avropa qurumlarının və Aİ-yə üzv ölkələrin nümayəndələrinin siyahısını genişləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Rusiya XİN-nin məlumatında qeyd olunur ki, Moskva Avropa İttifaqının sanksiyalarını qeyri-qanuni hesab edir və bu, BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi normativlərinə xələl gətirir.

“Rusiya Qərb ölkələrinin qeyri-dost hərəkətlərinə vaxtında və adekvat cavab verməyə davam edəcək” – Rusiya XİN-nin məlumatında qeyd olunur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir