Dünya

Günəşdəki partlayışlardan sonra ABŞ-də mobil rabitə kəsilməyə başlayıb

Sharing is caring!


Günəşdə ən yüksək X sinfinə aid iki partlayışdan sonra ABŞ-də mobil rabitənin işində 120 mindən çox nasazlıq qeydə alınıb.

Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, ulduzda partlayış fevralın 21 və 22-də baş verib.

ABŞ-nin ən böyük mobil operatorları olan “AT&T”, “Verizon”, “T-Mobile” və digər mobil şəbəkələrin işində fasilələr olub.

NOAA mütəxəssisləri Günəşin tac kütlələrinin püskürməsi (CMEs) və günəş partlayışlarını müşayiət edən günəş radiasiyasının səbəb olduğu güclü maqnit qasırğalarının mümkünlüyü barədə xəbərdarlıq ediblər.

Avstraliya, İndoneziya, Hindistan və Şərqi Afrikada GPS və “Qlonass” peyk rabitə sistemlərində də fasilələr olub.

İki hadisənin əlaqəli olub-olmadığı hələ də aydın deyil, lakin ABŞ-də mobil rabitənin kəsilməsi ilə bağlı xəbərlər Günəşdəki partlayışlardan dərhal sonra yayılıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir