Dünya

Türkiyə süni intellektdən istifadə edərək lazer silahı hazırlayıb – FOTO/VİDEO

Sharing is caring!


Türkiyədə süni intellekt elementlərindən istifadə edilərək lazer silahı hazırlanıb.

Qeyd olunur ki, bu, “Roketsan” tərəfindən yaradılmış ALKA – yönləndirilmiş enerji silah sistemidir.

“ALKA düzgün süni intellekt arxitekturası ilə hazırlanmış innovativ silah sistemidir. O həmçinin asimmetrik təhlükələrə qarşı mübarizə aparmaq üçün elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir”, – istehsalçı şirkətin nümayəndəsi bildirib.

ALKA sistemi ilk dəfə İstanbulda keçirilən IDEF-2019 müdafiə sərgisində təqdim edilib.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir