Dünya

İraqda Türkiyə hərbçisi şəhid oldu – FOTO

Sharing is caring!


İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“17 fevral 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvlərinin baza ərazimizə sızmağa cəhd göstərmələri nəticəsində baş vermiş qarşıdurmada müqaviləli sıravi əsgər Salih Ay şəhid olub, qəhrəman silahdaşımızın biri isə yaralanıb. Yaralı hərbçi dərhal xəstəxanaya yerləşdirilib və onun müalicəsinə başlanılıb. İlkin vəziyyətə görə, qarşıdurmada altı terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, – mətbuat xidməti açıqlayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir