Dünya

Rusiyada məşhur bankın təsisçisi və iş adamı xarici agent siyahısına daxil edildi – FOTO

Sharing is caring!


Rusiyada məşhur “Tinkoff” bankının təsisçisi və iş adamı Oleq Tinkov Rusiyadakı xarici agentlər reyestrinə daxil edilib.

Bu barədə Rusiya Ədliyyə Nazirliyindən məlumat verilib.

Oleq Tinkovun bu siyahıya daxil edilməsinin səbəbləri arasında onun Ukraynadakı müharibəyə qarşı çıxması göstərilib.

Nazirlik həmçinin hesab edir ki, iş adamı qeyri-məhdud sayda insan üçün xarici agentlərlə bağlı mesajların və materialların hazırlanmasında iştirak edib, Rusiya dövlət orqanlarının qəbul etdiyi qərarlar və yeritdiyi siyasət haqqında əsassız məlumatlar yayıb.

Mənbə: Frank Media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir