Dünya

Türkiyədə qızıl mədəninin çökməsi ilə bağlı Kanada vətəndaşı saxlanılıb

Sharing is caring!


Türkiyədə Ərzincan əyalətinin şərqindəki qızıl mədənində qaya uçması ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kanada vətəndaşı saxlanılıb.

Bu barədə əyalət prokurorluğu məlumat verib.

“İstintaq zamanı əldə edilən sübutlar nəticəsində fevralın 14-də 8 nəfər, o cümlədən işəgötürən şirkətin nümayəndəsi olan Kanada vətəndaşı saxlanılıb və ilkin məlumatlara görə, o, hadisədə təqsirli bilinir. Araşdırma çərçivəsində mədənin özündən və ətraf ərazidən torpaq və su nümunələri toplanaraq sınaq üçün kimya laboratoriyalarına göndərilib”, – deyə məlumatda bildirilir.

Onların müəyyən edilmiş filiz hasilatı texnologiyasına uyğunluğu öyrəniləcək.

Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktarın daha əvvəl verdiyi məlumata görə, mədən 2023-cü ilin sonunda yoxlanılıb və faciəyə səbəb ola biləcək heç bir ilkin şərt aşkar edilməyib. Mədən işlərinin xarici şirkət tərəfindən müqavilə əsasında həyata keçirildiyi bildirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir