Dünya

Maqnetizmin yeni növü kəşf edilib

Sharing is caring!


İsveçrə, Avstriya, Çexiya, Almaniya və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu maqnetizmin yeni növünün – altermaqnetizmin kəşfini elan ediblər. Bu, gələcək tədqiqatlarda sıçrayış vəd edir və yeni texnologiyaların yaradılmasına səbəb ola bilər.

Fiziklər fotoemissiya spektroskopiyasından istifadə edərək manqan telluridinin altermaqnit xüsusiyyətlərini eksperimental olaraq sübut ediblər.

Qeyd edək ki, son vaxtlara qədər iki növ maqnetizm – ferromaqnetizm və antiferromaqnetizm elmə məlum idi.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir