Dünya

Arestoviç Monakoda kazino yaxınlığında görüntüləndi – FOTO/VİDEO

Sharing is caring!


Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Monakoda görüntülənib.

Siyasətçini “Ukrayinskaya pravda” nəşrinin jurnalistləri görüblər.

Arestoviç naməlum adamla birlikdə qumarxanaları ilə məşhur olan Monte Karlo rayonunda gəzdiyi zaman diqqət cəlb edib.

Bununla bağlı yayımlanan kadrlarda Arestoviç onu çəkdiklərini görüb və bu onun xoşuna gəlməyib. “İcazəsiz çəkiliş qadağandır”, – deyə o, jurnalistlərə iradını bildirib.

Qeyd edək ki, Aleksey Arestoviç 2023-cü il sentyabrın 4-də Ukrayna kəşfiyyatının verdiyi məktubun köməyi ilə sərhədi keçə bilib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir