Dünya

İranda İsveç vətəndaşına hökm olundu – FOTO

Sharing is caring!


İranda İsveç vətəndaşına hökm oxunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Tehranın İnqilab Məhkəməsi iranəsilli İsveç vətəndaşı Səid Əzizini beş il müddətinə həbs cəzasına məhkum edib.

Vəkilinin sözlərinə görə, müvəkkili “cinayət törətmək məqsədilə əlbir olmaq və aksiya keçirmək”də təqsirli bilinib.

Qeyd olunub ki, Səid Əzizi 2023-cü il noyabrın 12-də İsveçdən Tehrana səfər etdikdən sonra həbs olunub.

O da vurğulanır ki, Tehrandakı Evin həbsxanasında saxlanılan İsveç vətəndaşı prostat vəzi xərçəngindən əziyyət çəkir. Bu yaxınlarda həbsxananın pilləkənlərindən yıxıldığı üçün onun sağlıq durumu daha da pisləşib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir