Dünya

Qətər edam cəzasına məhkum etdiyi hindistanlı zabitləri azad etdi

Sharing is caring!


Qətər məhkəməsi əvvəllər casusluq ittihamı ilə edam cəzasına məhkum edilmiş Hindistanın səkkiz hərbi dəniz zabitini azadlığa buraxıb.

Bu barədə Hindistan Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Qətər məhkəməsi 2022-ci ildə casusluq ittihamı ilə həbs edilən bu hərbi dəniz zabitləri haqqında ötən ilin oktyabrında edam qərarı verib, yanvar ayında isə edam cəzasını həbs cəzası ilə əvəz edib. Ən son verilən açıqlamada isə məmurların sərbəst buraxıldığı bildirilib.

Məlumata görə, azad edilən səkkiz zabitdən yeddisi ölkəsinə qayıdıb.

İngiltərə mətbuatında dərc edilən xəbərlərdə zabitlərin İsrail üçün casusluq etdiyi qeyd olunub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir