Dünya

Macarıstan baş nazirindən Ukrayna ilə bağlı təklif: “Rusiya və Avropa arasında…”

Sharing is caring!


“Ukrayna üçün ən yaxşı variant Rusiya ilə Avropa arasında bufer zonaya çevrilməkdir”.

Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Avstriyanın keçmiş kansleri Volfqanq Şyussellə söhbəti zamanı deyib.

Orban hesab edir ki, əks halda Rusiya hücumlarına davam edəcək.

“Xoşunuza gəlsə də, gəlməsə də, ukraynalılar bunu bəyənsə də, istəməsə də, Ukrayna xəritədə elə olduğu yerdədir. Onun üçün ən yaxşı perspektiv Rusiya ilə Qərb arasında bufer zonası rolu olardı, əlbəttə ki, təhlükəsizlik zəmanəti ilə”, – deyə baş nazir bildirib.

Orban vurğulayıb ki, Rusiya heç vaxt öz kandarında Ukrayna kimi Aİ və NATO üzvünü qəbul etməyəcək. Eyni zamanda o, Ukraynanın Avropanı qoruyacağı fikri ilə də razılaşmadığını nəzərə çatdırıb.

“Bu, biz avropalılara əlavə təhlükəsizlik təminatı verməyəcək, çünki əksəriyyətimiz artıq Rusiyadan qat-qat güclü olan NATO-nun üzvüyük. Rusiyanın NATO üzvünə hücum etməsi kimi hər hansı təhlükə yoxdur”, – deyə o əlavə edib.

Mənbə: UNIAN “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir