Dünya

PSJ-nin Mbappeyə təklif etdiyi müqavilə şərtləri məlum olub

Sharing is caring!


PSJ komandası hücumçusu Kilian Mbappe ilə müqaviləni uzatmaq niyyətindədir.

Məlumata görə, Mbappeyə Paris klubundan ümumi dəyəri 160 milyon avro olan müqaviləni iki mövsüm uzatmaq təklifi var.

Xatırladaq ki, daha əvvəl Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrıla biləcəyi bildirilirdi. Futbolçu üçün əsas namizəd “Real Madrid” hesab olunur.

Fransız futbolçu 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Qeyd edək ki, bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 29 oyun keçirib, 30 qol vurub və yeddi məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt onlayn portalı Mbappenin bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir