Dünya

Paris-2024 Olimpiya Oyunlarına biletlər satışa çıxarılıb

Sharing is caring!


Paris-2024 Olimpiya Oyunlarına biletlər satışa çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Fransanın paytaxtı Parisdə təşkil olunacaq olimpiadanı izləmək istəyən idmansevərlər üçün portal istifadəyə verilib.

Tamaşaçılar buraya keçid edərək, istədikləri idman növünə bilet ala və yarışlara biletlərin daxil olduğu səyahət paketlərini sifariş verə bilərlər.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul – 11 avqust aralığında keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir