Dünya

Süni intellektdən elmə möhtəşəm hədiyyə: Papirus kömürü üzərində 2000 il sirli qalan mətni oxudu – FOTO/VİDEO

Sharing is caring!


Tədqiqatçılar süni intellekt vasitəsilə Vezuvi vulkanının püskürməsi zamanı yanmış 2000 illik papirusun gizli mətnini deşifrə edə biliblər.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Vesuvius Challenge”də dərc olunan məqalədə bildirilib.

Məlumata görə, Yusef Nader, Lyuk Farritor və Culian Şilligerin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kömür parçasına bənzəyən perqamenti əvvəlcə rəqəmsal skan ediblər, sonra papirusu virtual olaraq açmaq və hərfləri müəyyən etmək məqsədilə 3D xəritələmə və süni intellekt üsullarından istifadə olunub.

Deşifrə olunmuş mətn yunan filosofu Filodimin indiyə qədər görünməmiş fikirlərini ortaya qoyur, onun Epikür fəlsəfə məktəbinə işıq salır.

Qeyd edilir ki, papirus 18-ci əsrdə bir fermer tərəfindən tapılıb. O, evi üçün quyu qazarkən təsadüfən torpaq altında qalan Herkulanum antik şəhərinin Roma dövrünə məxsus villasını üzə çıxarıb. Sonradan bunun kitabxana olduğu ortaya çıxıb. Bildirilir ki, böyük papirus vərəqlərindən ibarət kitabxana vulkanik dağıntıların istisi ilə kömür halına gələrək olduqca kövrəkləşsə də, hələ də sağlam vəziyyətdə qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir