ABŞ-ın Oracle Advisory təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı Exit-pollun nəticələrini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, təşkilatın nümayəndəsi Vlada Galan bildirib ki, Azərbaycanda bundan qabaq da seçkiləri müşahidə ediblər:
“40 seçki dairəsi və beş seçki məntəqəsini əhadə edib. Biz fəxrlə söyləyə bilirik ki, 63 min nəfərdən çox seçicini müşahidə etmişik. Bizim data mərkəzimiz Bakıda yerləşirdi. 20 mərkəzdən 40 işçi bütün məlumatları daxil edib, mərkəzə və emala göndəriblər. Bu ilki səsvermə əvvəlki illərə nisbətən yüksək idi. Bu gün Exit-pollu tamamladıq”.
İlhamə Əbülfət
Xeberal.az