Dünya

Gezeravcının daxil olduğu heyətin Yerə qayıdacağı saat açıqlandı – FOTO

Sharing is caring!


Türkiyənin ilk astronavtı Alper Gezeravcının daxil olduğu “Axiom-3” (“Ax-3”) heyətinin bu gün Ankara vaxtı ilə 17:05-də (Bakı vaxtı ilə 18:05) Yerə qayıtması gözlənilir.

Oxu.Az-ın məlumatına görə, bu barədə “SpaceX” sosial media hesabından xəbər verib.

O da bildirilir ki, astronavtların olduğu “Dragon” kosmik gəmisinin BKS-dən ayrılması eniş zonasındakı hava şəraitindən asılıdır.

Xatırladaq ki, “Ax-3” missiyası fevralın 2-də başa çatıb. Ancaq ABŞ-nin Orlando sahillərində əlverişsiz hava şəraiti ilə əlaqədar heyətin Yerə qayıtması bir neçə dəfə təxirə salınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir