Dünya

Türkiyə Kiyev yaxınlığında hərbi zavod tikir

Sharing is caring!


Türkiyənin “Baykar” şirkəti Ukrayna paytaxtı Kiyevin yaxınlığında 500 nəfərin çalışacağı dron istehsalı zavodunun tikintisinə başlayıb.

Bu barədə “Baykar”ın baş direktoru Haluk Bayraktar xəbər verib.

“Müəssisəmiz tikilir… İnşaatı bitirmək üçün təxminən 12 aya ehtiyacımız var. Sonra daxili maşın, avadanlıq və təşkilati struktura keçəcəyik. Müəssisə böyükdür, orada təxminən 500 nəfər işçinin  çalışmasını planlaşdırırıq”, – deyə o bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, ildə təxminən 120 pilotsuz uçan aparat (PUA) istehsal ediləcək. Bununla belə, o, müəssisənin məhsulunun TB2, yoxsa TB3 olacağının hələ dəqiqləşdirilmədiyini bildirib.

Bayraktar, həmçinin qeyd edib ki, şirkət yaxın iki il ərzində Səudiyyə Ərəbistanında istehsala başlamağı planlaşdırır.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir