Dünya

İlon Maskın keçmiş işçiləri “SpaceX”i gender ayrı-seçkiliyində ittiham ediblər

Sharing is caring!


ABŞ-nin “SpaceX” şirkətinin keçmiş işçiləri onun rəhbərliyini gender ayrı-seçkiliyində və işçilərin qanunsuz olaraq işdən çıxarılmasında ittiham ediblər.

Bu barədə Kaliforniya Mülki Hüquqlar Departamentinə göndərilmiş keçmiş işçilərin rəsmi şikayətlərinə istinadən məlumat yayılıb.

Şirkətin yeddi keçmiş işçisinin iddialarına görə, rəhbərliyin hərəkətləri Kaliforniyanın Ədalətli Məşğulluq və Yaşayış Qanununu pozur, hansı ki, gender ayrı-seçkiliyi və ictimai yerlərdə korporativ problemləri qaldıran şəxslərə qarşı diskriminasiyanı qadağan edir.

Departament iddiaçıları mövqeyi dəstəkləsə, “SpaceX” cərimələrlə üzləşə bilər və həmçinin keçmiş işçilərə təzminat ödəməli olacaq. Korporasiya yeni ittihamlarla bağlı şərh verməkdən imtina edib.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir