Dünya

“WhatsApp”ın ukraynalı həmtəsisçisi Berezovskinin Fransadakı keçmiş villasını alıb – FOTO

Sharing is caring!


2015-ci ildə rusiyalı iş adamı Boris Berezovskidən müsadirə edilən Fransadakı “Chateau de la Garoupe” villası ukraynalı milyarder və “WhatsApp”ın həmtəsisçisi Yan Kum tərəfindən alınıb.

Müsadirə olunan əmlakı idarə edən Fransanın “Agrasc” agentliyi satışın məbləğini və əməliyyatın təfərrüatlarını açıqlamayıb. Lakin mətbuatda yayılan məlumatlara görə, 16 yaşından ABŞ-də yaşayan Kum lüks villaya görə Fransa dövlətinə təxminən 65 milyon avro verib. Halbuki mülkün real dəyəri ən azı 158 milyon avrodur. 

Xatırladaq ki, 2017-ci ildə “WhatsApp”ın “Facebook”a satışı Kuma 19 milyard dollar qazandırıb və onun sərvəti hazırda 14 milyard olaraq qiymətləndirilir.

Mənbə: osnmedia.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir