Dünya

Namibiya prezidenti vəfat edib

Sharing is caring!


Namibiya prezidenti Haqe Qeynqob 82 yaşında vəfat edib.

Bu barədə fevralın 4-də ölkənin vitse-prezidenti Nanqolo Mbumba məlumat verib. 

Dövlət başçısının ofisi onun “X” sosial şəbəkəsindəki səhifəsində (keçmiş “Twitter”) bildirib ki, dövlət başçısı həyat yoldaşı və övladlarının əhatəsində ölüb.  

Qeyd edək ki, prezident son aylar xərçənglə mübarizə aparıb. Yanvarın sonunda o, müalicə üçün ABŞ-a gedib, lakin iki gün sonra evə qayıdıb. 

Haqe Qeynqob 2015-ci ilin martında Namibiya prezidenti olub və 2019-cu ildə yenidən seçilib. O, həmçinin 1990-2002-ci illərdə iki dəfə və 2012-2015-ci illərdə ölkənin baş naziri olub. 

Mənbə: iz.ru 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir