Dünya

ABŞ-dən SEPAH-a qarşı yeni sanksiyalar: Şirkətlərin aktivlərinə həbs qoyuldu – FOTO

Sharing is caring!


ABŞ Maliyyə Nazirliyi İran və Honq-Konqda yerləşən dörd şirkətə raket və dron proqramları üçün lazım olan material və texnologiyanı təmin etdiklərinə görə yeni sanksiyalar tətbiq edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Honq-Konqda yerləşən bir şirkət də İran mallarını satdığı üçün bu sanksiyalara məruz qalıb.

ABŞ Xəzinədarlıq Departamenti həmçinin SEPAH-ın Kiberelektronika Komandanlığının altı rəsmisinə ABŞ-də və dünyanın digər yerlərində kritik infrastruktura qarşı zərərli kiber fəaliyyətlərinə görə sanksiya tətbiq etdiyini açıqlayıb.

Bu sanksiyalara əsasən, adı çəkilən şəxslərin və qurumların ABŞ-də olan bütün aktivlərinə həbs qoyulur. ABŞ sakinlərinə bu şəxslərin və qurumların aktivləri ilə alış-veriş etmək qadağan edilir.

 

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir