Dünya

Kolumbiyada təbii fəlakət davam edir: Yüzlərlə qəsəbədə “qırmızı həyəcan” elan edildi – FOTO/VİDEO

Sharing is caring!


Kolumbiyada günlərdir davam edən meşə yanğınlarını hələ də nəzarət altına almaq mümkün olmayıb. Paytaxt Boqota başda olmaqla Kundinamarka regionuna bağlı bir çox şəhər və qəsəbələrdə “qırmızı xəbərdarlıq” elan edilib.

Bu barədə Kolumbiya Hidroloji və Meteoroloji Tədqiqatlar İnstitutu (IDEAM) xəbər verib.

Bildirilib ki, son bir neçə gündə ölkədə temperatur rekord həddə yüksəldiyi üçün yanğın yeni ərazilərə yayılıb.

“977 qəsəbədə “həyəcan”, onların 681-də isə “qırmızı həyəcan” (ən yüksək həyəcan səviyyəsi) elan edilib”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Kolumbiyada günlərdir davam edən yanğına görə, ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edilib. Təbii fəlakətin səbəbi kimi “El Nino” hava fenomeni ilə əlaqəli anomal istilər və quraqlıq şəraiti göstərilir. İqlimşünasların fikrincə, belə vəziyyət regionda daha bir neçə ay davam edəcək.

Mənbə: NTV.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir