Dünya

Rumıniya Türkiyə ilə birlikdə “Bayraktar” istehsal etmək niyyətindədir

Sharing is caring!


Rumıniya Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı ilə bağlı məsələni nəzərdən keçirməyi xahiş edib.

Bu barədə Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan məlumat verib.

“2023-cü ildə Rumıniya bizdən 18 ədəd “Bayraktar TB2” döyüş PUA-sı alıb. Bu ildə təchizat davam edir, gələcək illərdə də davam edəcək. Rumıniya bu məhsulun birgə istehsalına dair sorğu göndərib”, – deyə o bildirib.

Səfirin sözlərinə görə müdafiə sənayesi sahəsində bir neçə bitməmiş tender var və Türkiyə şirkətləri üçün Rumıniya şirkətləri ilə əməkdaşlıq çox vacibdir.

Altan həmçinin qeyd edib ki, bu mövzunun Türkiyənin xarici işlər naziri Hakan Fidanın Buxarest səfərinin gündəmində olacağı gözlənilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir