Dünya

Məşhur türkiyəli müğənni Alişan təcili əməliyyat olundu – FOTO/VİDEO

Sharing is caring!


Məşhur türkiyəli müğənni Alişan təcili əməliyyat olunub.

Eskişehirin Sivrihisar rayonunda konsert vermək üçün yola çıxan müğənni qarnında ağrılar hiss edib və xəstəxanaya aparılıb. Yoxlamalardan sonra ona kəskin appendisit diaqnozu qoyulub. Dərhal əməliyyata alınan 47 yaşlı Alişanın səhhəti ilə bağlı həkimi Metin Ertem açıqlama verib.

“Sənətçimiz Alişanı kəskin appendisit diaqnozu ilə əməliyyata aldıq və hər şey uğurlu keçdi. Vəziyyəti yaxşıdır. Bütün sevənlərinə və Alişana tezliklə sağalmasını arzulayırıq”, – deyə cərrah qeyd edib.

Alişanın həyat yoldaşı Buse Tektaş müğənninin əməliyyatdan sonrakı görüntülərini sosial media hesabında “Maşallah” başlığı ilə yayımlayıb.

@oxuaz

Məşhur türkiyəli müğənni Alişan əməliyyat olundu.

♬ оригинальный звук – Oxu.az News

Mənbə: CNN Türk  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir