Dünya

Yaponiyada 50 il axtarışda olan terrorçu ölüm ayağında özünü ələ verdi

Sharing is caring!


Yaponiyanın Kanaqava prefekturasında terror aktlarında iştirak etdiyinə görə 50 il axtarışda olan cinayətkar Satosi Kirisimo mədə xərçəngindən vəfat edib.

Məlumata görə, Kirisima radikal solçu Şərqi Asiya Silahlı Anti-Yapon Cəbhəsi təşkilatı tərəfindən həyata keçirilən silsilə terror aktlarında iştirak etdiyinə görə 50 il ərzində polis tərəfindən axtarışda olub. O, 1975-ci ilin aprelində Tokionun mərkəzindəki Koreya Sənaye və İqtisadiyyat İnstitutunun binasına bomba yerləşdirməkdə və partlatmaqda şübhəli bilinirdi.

Xəstəxanaya yerləşdirilərkən mədə xərçənginin son mərhələsi diaqnozu qoyulan kişi əsl adının Satosi Kirisima olduğunu bildirib və ölərkən əsl adı ilə ölmək arzusunda olduğunu deyib. Sübut kimi həmin şəxs Koreya Sənaye və İqtisadiyyat İnstitutunda partlayışın hazırlanmasının təfərrüatını danışıb. Bu barədə polisə məlumat verilib.

Polis DNT testi üçün ondan nümunə götürüb. Yanvarın 29-da səhər xəstəxana rəsmiləri Kirisimanın ölümünü elan ediblər.

Mənbə: Regnum.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir