Dünya

Seulda avtomobil Rusiya səfirliyinin mühafizə postuna çırpıldı: Yaralanan var – FOTO/VİDEO

Sharing is caring!


Rusiyanın Koreya Respublikasındakı səfirliyinə məxsus binanın qarşısında yerləşən mühafizə postuna avtomobil çırpılıb.

Qəza nəticəsində mühafizə postuna dayanan növbətçi polis ağır xəsarət alıb. Boyun və çiynindən yaralanan polis xəstəxanaya aparılıb.

Diplomatik nümayəndəlik bu barədə məlumatı təsdiqləyib.

“Biz yanvarın 28-də axşam saatlarında baş vermiş insident faktını təsdiq edirik. İnsident Koreya ərazisində baş verib və Rusiya nümayəndəliyinin işinə mənfi təsir göstərməyib”, – deyə Rusiya diplomatları bildiriblər.

“Səfirlik xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış polis əməkdaşının tezliklə sağalmasını arzu edir”, – deyə səfirlikdən əlavə edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir