Dünya

Fransada taksi sürücüləri nümayişlər keçirəcək

Sharing is caring!


Fransada tibbi daşınma ilə bağlı yeni qaydalara etiraz edən taksi sürücülərinin kütləvi nümayişləri bir sıra iri şəhərlərdə və respublikanın magistral yollarında keçiriləcək.

Məlumata görə, nümayişlərin çoxu Fransanın cənubunda planlaşdırılıb. 800-ə yaxın taksi Marseldə və bəzi şəhərətrafı magistrallarda süni şəkildə tıxac yaratmağı planlaşdırır. Bölgənin müxtəlif şəhərlərindən Bordoya 500-800 taksi gedəcək. Bundan başqa, Tuluzada sürücülər Blanyak hava limanına girişi əngəlləmək istəyirlər. Nitsa, Kann, Lion, Ture, İzere, Nansi, Nime və Monpelye şəhərlərində də taksi sürücülərinin kütləvi nümayişləri hazırlanır.

Etirazın səbəbi “Sosial büdcənin maliyyələşdirilməsi haqqında” yeni qanunun 30-cu maddəsi olub ki, bu maddəyə əsasən, taksi ilə həkimə getmək xərclərinin bir hissəsini sığorta yolu ilə ödəmək istəyən xəstələr şəxsi internet platformaları vasitəsilə avtomobil bron etməli olacaqlar. Onlar özləri uyğun taksi parkını təyin edəcək və digər xəstələrlə birgə səfəri təklif edəcəklər.

Qeyd edək ki, hazırda dövlət sığortası səfərin dəyərinin 55%-ni ödəyir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir