Dünya

90-cı illərin supermodeli Klaudiya Şifer pişiyi bel çantasında gəzdirdiyinə görə tənqid olundu – FOTO/VİDEO

Sharing is caring!


90-cı illərin supermodeli olan aktrisa Klaudiya Şiffer qırmızı xalçada pişiyi bel çantasında gəzdirdiyinə görə tənqid olunub.

Sözügedən hadisə aktrisanın həyat yoldaşı Mettyu Vonun yeni filmi “Arqayl”ın premyerasında baş verib.

Qeyd olunub ki, Klaudiya Şiffer yanvarın 24-də axşam saatlarında qırmızı xalçaya çıxıb, onun bel çantasında isə pişik olub.

Baytar həkim və “Cats Protection” kliniki xidmətlər şöbəsinin rəhbəri Elison Riçards bildirib ki, heyvanı kiçik və qapalı bir yerə yerləşdirmək, eləcə də onu yeni və tanış olmadığı bir mühitə çıxarmaq onun üçün stressə səbəb ola bilər. Onun sözlərinə görə, pişik çantasında kifayət qədər havalandırma və yer yoxdur.

“Pişiyi premyeraya aparmağa ehtiyac yox idi, lakin Klaudiya ev heyvanının raqhatlığına əhəmiyyət verməyib və onu dəbli aksesuara çevirib”, – deyə Riçards vurğulayıb.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir